İspaniyada iyul ayında anomal isti hava şəraiti səbəbindən 2 064 nəfər həyatını itirib.
Bu barədə III Karlos Səhiyyə İnstitutunun saytında məlumat verilib.
Ölənlərin yarısı 80-85 yaşlı qocalardır.
İnsanların çoxu 18 və 19 iyul tarixlərində həyatını itirib. Həmin günlərdə bütün ölkə ərazisində temperatur +38...+40°С-yə yüksəlmişdi.
Qeyd olunur ki, ötən ilin eyni dövrü ərzində anomal isti hava şəraiti səbəbindən dörd dəfə az insan vəfat etmişdi.