Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə hər 10 dəqiqədə 1 uşaq xəstəlikdən ölür - UNİCEF

  • 2021.08.25 11:20
  • 5355 Baxış
Bu ölkədə hər 10 dəqiqədə 1 uşaq xəstəlikdən ölür -  UNİCEF
Yəməndə hər 10 dəqiqədə 1 uşaq qeyri-kafi bəslənmə və qarşısı alına bilən xəstəlikdən ölür.

Medicina.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondunun (UNİCEF) direktoru Henrietta For məlumat verib.

O, Yəməndəki humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurası brifinqində təkcə bu il xüsusilə, Hudeyde və Marib ətrafında davam edən qarşıdurmalarda 1,6 milyon uşağın yerindən-yurdundan ayrı düşdüyünü vurğulayaraq deyib:

"Yəməndə 11,3 milyonu uşaq olmaqla, təxminən 21 milyon adam humanitar yardıma möhtacdır.

2,3 milyon uşaq həddindən artıq qeyri-kafi bəslənir və bunlardan təxminən 400 mini ölüm riskiylə qarşı-qarşıyadır. Hər 10 dəqiqədə 1 uşaq qeyri-kafi bəslənmə və peyvəndlə qarşısı alına biləcək xəstəliklər üzündən ölür."

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəliyini isveçli diplomat Hans Qrundberqə təhvil verəcək Martin Qrifits də Yəməndəki qıtlığa diqqət çəkərək təxminən 5 milyon adamın aclığın eşiyində olduğunu söyləyib.

Qeyd edək ki, dünyanın ən yoxsul ölkələrindən olan Yəməndə 7 ildir davam edən qarşıdurmalarda minlərlə adam həyatını itirib, vətəndaş müharibəsi səbəbindən artan insan böhranı qorxunc ölçülərə çatıb. Əhalinin 80 faizinin humanitar yardım və qorunmağa ehtiyacı var.