Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə gündəlik marixuana istifadəsi alkoqol istehlakını üstələyir

  • 2024.05.24 10:44
  • 851 Baxış
Bu ölkədə gündəlik marixuana istifadəsi alkoqol istehlakını üstələyir
ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub ki, gündəlik marixuana istifadəsi ölkədə gündəlik spirtli içki qəbulunu üstələyir.

Medicina.az xəbər verir ki, Carnegie Mellon Universitetində aparılan araşdırmada ABŞ Milli Narkotik İstifadəsi və Sağlamlıq Sorğusunun məlumatlarından istifadə edilib.

Sorğunun başladığı 1979-2022-ci illər arasındakı məlumatlara əsaslanan araşdırmaya görə, marixuana istifadəsi 1992-ci ildə ən aşağı səviyyədə olub. 1992-ci ildən 2022-ci ilə qədər gündəlik marixuana istifadəsi ilə bağlı hesabat vermə nisbətində 15 dəfə artım var.

Gündəlik spirtli içki qəbul edənlərin sayı 1992-ci ildə marixuana istifadə edənlərin sayından 10 dəfə çox olduğu halda, 2022-ci il rəqəmlərinə görə, ölkədə təxminən 17,7 milyon nəfər "hər gün" və ya "demək olar ki, hər gün" marixuanadan istifadə edir. 14,7 milyon nəfər isə "hər gün" və ya "demək olar ki, hər gün" alkoqollu içki qəbul edib.

Gündəlik marixuana istifadəçilərinin sayı məlumatların saxlandığı 1979-cu ildən bəri ilk dəfə 2022-ci ildə gündəlik içənlərin sayını keçib.

Ölkədə alkoqol istehlakçılarının ümumi sayının daha çox olduğu, lakin araşdırmada gündəlik marixuana və ya gündəlik spirt istehlakının diqqət mərkəzində olduğu vurğulanıb.

Araşdırmanın nəticələri “Addiction” jurnalında dərc olunub.


Aysel