Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə dərman çatışmazlığı yaşanır

  • 2021.02.24 13:04
  • 3021 Baxış
Bu ölkədə dərman çatışmazlığı yaşanır

Avstraliya pandemiya fonunda yaranmış tədarük kəsintiləri səbəbindən reseptli preparatların çatışmazlığı ilə üzləşib.

Medicina.az TASS-a istinadən xəbər verir ki, bu barədə “9News” xəbər portalı Yeni Cənubi Uels ştatındakı Avstraliya Əczaçılıq Cəmiyyətinə və ölkənin Milli Terapevtik Mallar İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, mütəxəssislər pandemiya başlayandan bəri Avstraliya apteklərində ən ciddi dərman çatışmazlığından bəhs edir, milli tənzimləyici - Terapevtik Mallar İdarəsi (TGA) isə ölkədə ən çox işlənilən antidepresant ehtiyatlarının tükənməsi barədə xəbərdarlıq edib. Qurumun yaydığı məlumatda çatışmazlığın azı fevral ayının sonuna qədər və bəlkə də aprel ayına qədər davam edəcəyinin gözlənildiyi göstərilib.

Çatışmazlığın mənfi təsirini azaltmaq üçün tənzimləyici bir sıra xaricdə qeydiyyatdan keçmiş, lakin Avstraliya lisenziyası olmayan dərmanların tədarükünə də icazə verib.

Ümumiyyətlə, COVID-19 pandemiyası fonunda ölkə səlahiyyətliləri tərəfindən tətbiq olunan məhdudiyyətlər səbəbiylə tədarükü ciddi şəkildə təsirlənən bir çox dərmanın çatışmazlığı yaşanır. Bu baxımdan antidepresantlarla yanaşı, təzyiqi aşağı salan, qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyən və hormonal dərmanları göstərmək olar.