Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə Denge qızdırması artır

  • 2022.08.01 16:41
  • 1986 Baxış
Bu ölkədə Denge qızdırması artır

Kubada Denge qızdırmasına yoluxma artır.


Medicina.az xəbər verir ki, Kuba Səhiyyə Nazirliyi Denge qızdırması ilə əlaqədar profilaktika və nəzarətin artırılması barədə göstəriş verib.


Həftə ərzində Denge qızdırmasına 23,7 min yoluxma qeydə alınıb. Bu, bundan öncəki həftə ilə müqayisədə 6 min, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 15 faiz çoxdur.

Qeyd edək ki, ağcaqanadlar vasitəsi ilə yayılan Denge virus infeksiyasıdır, daha çox tropik və subtropik regionlarda rast gəlinir. Xəstəliyin əlamətləri yüksək temperatur, ürəkbulanma, səpgi, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı ağır daxili qanaxma ilə müşayiət olunur.