Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə dəhşətli istilərə görə 6 milyon nəfər risk altındadır

  • 2024.07.19 14:10
  • 1220 Baxış
Bu ölkədə dəhşətli istilərə görə  6 milyon nəfər risk altındadır
Böyük Britaniyada 6 milyon insanın iqlim dəyişikliyinin yaratdığı dəhşətli istilərə görə, risk altında olduğu bildirilib.

Medicina.az xəbər verir ki, “Friends of Earth”ün yeni analizinə görə, yaşlılar və uşaqlar ən yüksək risk qrupuna daxildirlər.

İngiltərədə 5 yaşdan aşağı 1,7 milyon insan və 65 yaşdan yuxarı 4,3 milyon insan həddindən artıq istilərdən ən çox təsirlənən ərazilərdə yaşayır.

İstilik dalğalarının vurduğu yüksək riskli bölgələrdəki 3,7 milyon nəfərdə yüksək qan təzyiqi, 1,5 milyon nəfərdə astma və 1,6 milyon nəfərdə diabet xəstəliyi var. Bu xəstəliklərin isti havada pisləşərək həyat üçün təhlükə yarada biləcəyi qeyd edilir.

Əlilləri və hər yaşda sağlamlıq problemi olan insanları da nəzərə aldıqda risk altında olanların real sayının daha da arta biləcəyi proqnozlaşdırılır.

Təhlildə “orta temperaturun 5 gün və ya daha çox müddət ərzində 27,5 dərəcəni keçdiyi bölgələr” həddindən artıq istilərdən ən çox təsirlənən ərazilər kimi qiymətləndirilib.

Qeyd edilir ki, bu bölgələrdə 28 milyon insan yaşayır.


Aysel