Fransa Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusun yeni ştammına ilk yoluxma halını təsdiqləyib.
Bu barədə “BFM” telekanalı xəbər verib.
Məlumatda deyilir ki, virus daşıyıcısı olan pasiyent dekabrın 19-da yaşadığı Böyük Britaniyadan Fransaya gəlib. Hazırda o, karantindədir və özünü yaxşı hiss edir.
Daha əvvəl Yaponiyada koronavirusun yeni ştammına yoluxma qeydə alınmışdı.