İtaliyanın şimal-qərbindəki Lombardiya regionunun Breşia şəhərində COVID-19 virusunun Nigeriya ştamı aşkarlanıb.
“Medicina” xəbər verir ki, İtaliya Virusologiya Cəmiyyətinin prezidenti, mikrobiologiya laboratoriyasının rəhbəri Arnaldo Karuso həmin ştama xas olan mutasiyalara qarşı mövcud dərmanların səmərəli olub-olmayacağının birmənalı olmadığını qeyd edib.