Estoniyada artıq iki gündür ki, koronavirusa yoluxanların ümumi sayı 1 981 nəfər olaraq qalır.
Medicina.az xəbər verir ki, qeyd edilir ki, yanvarın 31-dən Estoniyada 103 mindən çox koronavirus testi edilib. Xəstəxanalarda olan səkkiz xəstənin biri süni tənəffüs aparatına qoşulub. Pandemiya dövründə ölkədə 69 nəfər həyatını itirib.
Qeyd edək ki, Estoniya martın 12-də elan etdiyi fövqəladə rejimdən mayın 18-də çıxıb. Yumşaldılma tədricən, mərhələlərlə tətbiq edilir.