Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Nazirlik qeyd edib ki, laboratoriya araşdırmaları Bəhreyn vasitəsilə İrandan gələn Səudiyyə Ərəbistanı vətəndaşında yeni koronavirusa yoluxma hadisəsini təsdiqləyib.
Hazırda xəstə tibb müəssisələrindən birində həkimlərin nəzarəti altında karantindədir.
Nazirlik həmçinin virusa yoluxmuş xəstənin təmasda olduğu şəxslərin də müəyyənləşdirildiyini bildirib. Qeyd edilir ki, onlardan da analizlər götürülüb. Nəticələr analizlər başa çatdıqdan sonra elan ediləcək.