Belçika hökuməti elektron siqaretləri qadağan etməyə hazırlaşır.
“Qafqazinfo” “The İndependent”ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Frank Vandenbrouk açıqlayıb.
O deyib ki, bu siqaretlər insan sağlamlığına və ətraf mühitə mənfi təsir göstərir: “Bu səbəbdən yanvarın 1-dən etibarən elektron siqaretlərin satışı qadağan olunacaq”.
Vandenbrouk qeyd edib ki, Belçika Avropada bunu edən ilk ölkədir.