Belçikada son sutka ərzində 389 nəfər koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilir ki, ümumi yoluxma sayı 49 min 906 nəfərdir. Son sutkada 79 xəstə vəfat edib.
Ümumilikdə isə Belçikada mart ayının ortalarından indiyədək koronavirusdan ölənlərin sayı 7844, sağalanlar isə 12 min 309 (son 24 saatda 98) nəfərə çatıb.