Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə COVID-19-a qarşı məhdudiyyətlər yenidən sərtləşdirilir

  • 2021.02.13 09:14
  • 1652 Baxış
Bu ölkədə COVID-19-a qarşı məhdudiyyətlər yenidən sərtləşdirilir

İtaliya Nazirlər Şurası koronavirus və onun yeni növlərinin yayılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsinə qərar verib.

İtaliyada regionlar arası səyahət qadağasının 25 fevrala qədər uzadıldığını istefaya gedən baş nazir Cuzeppe Konte elan edib.

Bundan əlavə, 14 fevraldan Abruzzo, Liquriya, Toskana regionları və Trentino muxtar bölgəsindəki epidemioloji vəziyyətə "narıncı səviyyə" veriləcək. Bundan irəli gələrək sözügedən yerlərədə restoran və muzeylər bağlanacaq./Trend