İtaliyada son gün ərzində koronavirusdan ölənlərin sayı 250 nəfər təşkil edib.
Medicina.az report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Departamentinin başçısı Ancelo Borrelli bildirib.
O, qeyd edib ki, bununla da ölkədə koronavirus qurbanlarının sayı 1 266 nəfərə çatıb.
Hazırda ölkədə virusa yoluxanların ümumi sayı 14 955 nəfərdir.
Daha əvvəl koronavirusdan 1 016 nəfərin öldüyü,12 839 nəfərin yoluxduğu bildirilirdi.