Hökumət estetik cərrahiyə həkimlərinə bəkarətin bərpası əməliyyatı etməmək xəbərdarlığı edib.
Əgər kimsə bu xəbərdarlığa əməl etməsə, o zaman hökumət xəbərdarlığı qərarla əvəzləyərək onu rəsmiləşdiriləcək.
Medicina.az xəbər verir ki, hökumətin bu qərarı almasına səbəb, nəzərdə tututlan əməliyyatların xalqın milli dəyərlərinə və adətlərinə uyğun olmamasıdır. Bundan əlavə bu tip əməliyyatlar sağlamlıq üçün də uyğun görülmür. Onlar
Söhbət Hollandiya hökuməti tərəfindən hazırlana və irəli sürülən xəbərdarlıqdan gedir. Hollandiya Ginekoloqlar Dərnəyi artıq bakirəlik əməliyyatları etməmək qərarı alıb. Hökumət isə bildirib ki, eyni addımı onlar estetik və plastik cərrahlardan da gözləyirlər.
Hollandiyada bir Televiziya kanalının apardığı araşdırmada isə, bu ölkədə hər il minlərlə qadın bəkirəlik əməliyyatı keçirdiyi məlum olub. Buna səbəb kimi cəmiyyət, adət-ənənələr, ailə quran qızlara psixoloji təzyiqin olduğunu bildirilib.