Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə adi soyuqdəymə də koronavirusun əlaməti hesab ediləcək

  • 2020.05.21 15:22
  • 2460 Baxış
Bu ölkədə adi  soyuqdəymə də  koronavirusun əlaməti hesab ediləcək


Türkiyədə soyuqdəymə, qrip ilə bağlı xəstəxanaya müraciət edən şəxs mütləq koronavirus testindən keçiriləcək.


Türkiyədə hazırda koronavirusa yoluxanlarla təmasda olanlar koronavirus testindən keçirilir. Virusun yayılma sürətinin azalması və görülən tədbirlərin təsiri ilə xəstəxanaya müraciətlər tədricən azalıb.

Səhiyyə Nazirliyinin nəzdində koronavirusla bağlı Elmi Komitə soyuqdəymənin də koronavirus əlamətləri arasında yer almasını və bu şikayətlə xəstəxanaya müraciət edənlərə COVID-19 testi tətbiq ediləcəyini bildirib.