Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə 9 nəfərdə danq qızdırması aşkarlandı

  • 2024.07.15 22:52
  • 1020 Baxış
Bu ölkədə 9 nəfərdə danq qızdırması aşkarlandı
Qərbi Afrika ölkələrindən biri olan Qanada danq qızdırması aşkarlanıb.

Medicina.az xəbər verir ki, bu barədə Qana Sağlamlıq Xidmətləri məlumat yayıb.

Bildirilib ki, danq qızdırması aşkarlanan 9 nəfər ölkənin şərqindəki bölgələrdə yaşayır.

Həkimlər bunun əvvəlcə malyariya olduğundan şübhələniblər. Lakin xəstələrdə danq qızdırması testi müsbət nəticələnib.

Qeyd edək ki, tropik və subtropik bölgələrdə daha çox müşahidə edilən danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzunmüddətli yağışlar malyariya, eləcə də danq virusu daşıyan ağcaqanadların artmasına səbəb olur.


Aysel