İndoneziyada dekabrın 24-dən etibarən 6 yaşdan yuxarı uşaqların koronavirus əleyhinə vaksinasiyasına başlanacaq.
Medicina.az xəbər verir ki, bunu İndoneziyanın səhiyyə nazirinin müavini Dante Saksono Harbuvono deyib.
"Əhalinin peyvənd edilməsi hədəfini 70%-ə çatdırsaq, 6-11 yaş arası uşaqların peyvənd edilməsinə başlaya biləcəyik", - nazir müavini qeyd edib.
Onun sözlərinə görə, vaksinasiyaya dekabrın 24-dən başlanacaq.
Xatırladaq ki, hazırda İndoneziyada əhalinin 37%-i koronavirusa qarşı tam peyvənd olunub.