Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə vaksinasiya yaşı 5-ə endirildi

  • 2021.09.09 10:07
  • 2650 Baxış
Bu ölkədə vaksinasiya yaşı  5-ə endirildi
Sentyabrın 9-da Slavakiyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı vaksinasiyasına start veriləcək.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Vladimir Lenqvarski məlumat verib.

O, müvafiq qərarın həkim və tibb mütəxəssislərinin tövsiyəsi əsasında qəbul edildiyini bildirib.

Nazirin sözlərinə görə, Slovakiyada 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına artıq bir neçə ay öncə başlanılıb. Daha aşağı yaş qrupundan olanlara gəlincə, Lenqvarski bu uşaqların yalnız valideynləri və ailə həkiminin icazəsi ilə peyvənd olunacaqlarını vurğulayıb.

Bununla yanaşı, səhiyyə naziri gələn həftədən etibarən Slovakiyada COVID vaksinlərin üçüncü dozasının da tətbiq ediləcəyini qeyd edib.