Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkədə 3-11 yaşlı uşaqlara da vaksin vurulacaq

  • 2021.10.30 09:06
  • 1466 Baxış
Bu ölkədə 3-11 yaşlı uşaqlara da  vaksin vurulacaq
Kolumbiyada oktyabrın 31-dən etibarən 3-11 yaş arasında olan uşaqlara koronavirusa qarşı peyvənd vurulacaq.

Medicina.az -ın məlumatına görə, bu barədə ölkə prezidenti İvan Duke “Twitter” hesabında yazıb.

Przident bildirib ki, oktyabrın 31-dən etibarən ölkədə keçirilən Uşaqlar Günü çərçivəsində sözügedən yaş qrupları üçün Cin istehsalı olan “Sinovac” peyvəndindən istifadə ediləcək.

Qeyd edək ki, bu günədək Kolumbiyada 12-17 yaş arası yeniyetmələr peyvənd olunublar.
Bu yaş qruplarına isə “Pfizer” və “Moderna” peyvəndləri vurulub.

Xatırladaq ki, ölkədə pandemiya başlayandan bəri 4,9 milyon insan koronavirusa yoluxub, 127 min nəfər ölüb.