Braziliyada son sutka ərzində daha 9154 nəfərin koronavirus infeksiyasına yoluxması, 182 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 20 899 933 nəfər yoluxub. Bu müddət ərzində 583 810 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 19 894 660 xəstə müalicə olunaraq sağalıb.