Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkə uşaqların vaksinasiyasından imtina edir - SƏBƏB

  • 2021.07.19 09:05
  • 1458 Baxış
Bu ölkə uşaqların vaksinasiyasından imtina edir -  SƏBƏB

Britaniya hökuməti uşaqların və yeniyetmələrin koronavirusa qarşı kütləvi vaksinasiyasının əleyhinə çıxıb.

Medicina.az xəbər verir ki, bu barədə “Telegraph” məlumat yayıb.

İmtinaya səbəb Vaksinasiya və İmmunizasiya üzrə Birləşmiş Komitənin hökumətə ünvanladığı tövsiyyə olub. Sənəddə mövcud risklər barədə kifayət qədər məlumat təqdim olunanadək azyaşlılar arasında peyvəndlənməni həyata keçirməmək məsləhət görülüb.

Qeyd edək ki, iyulun 19-dan etibarən İngiltərədə bütün antikovid məhdudiyyətləri aradan qaldırılacaq. Maska və sosial məsafə tələbi isə artıq məcburi olmayacaq.