Kubanın Dərmanlara və Tibbi Avadanlıqlara Nəzarət Mərkəzi pnevmokok infeksiyasına qarşı milli peyvəndi qeydə alıb.
Medicina.az xəbər verir ki, bu nailiyyət barədə məlumatı ölkə prezidenti Migel Dias-Kanel paylaşıb.
"Kuba elmi bunu yenidən etdi: uşaqlarımız üçün yeni peyvəndimiz var" deyə prezident özünün “X” səhifəsində yazıb.
“Söhbət pnevmoniya, meningit, otit və pnevmokok infeksiyasının yaratdığı digər xəstəliklərdən qoruyan Quimi-Viodan gedir”, - deyə o qeyd edib.
Prezident bunun 15 illik əməyin nəticəsi olduğunu vurğulayıb və “arzusunu gerçəkləşdirən” komandaya təşəkkür edib.
Məlumata görə, peyvəndin tədqiqi və hazırlanmasına 2012-ci ildə Kubanın bir neçə qurumunun nəzarəti altında başlanılıb.
Bu, kompleks peyvənddir. Peyvənd ilə xüsusilə tənəffüs infeksiyalarına yoluxmanın və bunun nəticəsində baş verən uşaq ölümlərinin qarşısının alınması hədəflənir.
Aysel