Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkə "Pfizer"dən imtina etdi: "Sputnik V"ni seçdi

  • 2021.02.24 10:19
  • 1407 Baxış
Bu ölkə "Pfizer"dən imtina etdi: "Sputnik V"ni seçdi

Qırğızıstan COVID-19-a qarşı Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin istifadəsini təsdiqləyib.

Medicina.az xəbər verir ki, Bu barədə “RİA Novosti” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Qurumdan bildirilib ki, peyvəndin qeydiyyatı koronavirus infeksiyasının qarşısını almaq üçün yaxın gələcəkdə əhalinin vaksinasiyasına imkan verəcək.

Xatırladaq ki, ötən ay Qırğızıstan ABŞ istehsalı olan “Pfizer” peyvəndinin istifadəsindən soyuducu çatışmazlığı səbəbi ilə imtina etmişdi.