Danimarka hökuməti ölkədə COVID-19-a qarşı peyvəndləmə prosesini dayandırır.
Medicina.az xəbər verir ki, Danimarka Səhiyyə Nazirliyindən verilən açıqlamada virusun ölkə daxilində nəzarət altına alındığı və koronavirusa qarşı immunizasiyanın qənaətbəxş səviyyədə olduğu bildirlib.
Vaksinasiyanın mayın 15-dən etibarən dayandırılması planlaşdırılır.
Nazirlikdən verilən məlumata görə, payızda epidemioloji vəziyyətindən asılı olaraq peyvəndləməyə yenidən başlanıla bilər.