İtaliya koronavirusdan ölüm nisbətinə görə dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə virusa yoluxan hər 20-ci şəxs dünyasını dəyişib.
Medicina.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin hazırladığı statistik xülasədə qeyd olunub.
Bazar günü ( 8 mart - Red) İtaliyada koronavirusdan ölənlərin sayı kəskin şəkildə artıb - 366 nəfər (yoluxmuş 7 300 nəfərdən 4.96%).
Ölüm nisbəti üzrə ikinci yerdə İran (2,96%), üçüncü yerdə isə Çin (3,83%) qərarlaşıb.
Koronavirusdan ən aşağı ölüm nisbəti Cənubi Koreyadır. Burada yoluxanların 0.68% -i dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100-dən çox ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.