Böyük Britaniya ölkədəki böyük tədbirlər üçün koronavirus peyvənd pasportlarından istifadə planlarından imtina edə bilər.
Medicina.az xəbər verir ki, bu barədə “Telegraph” Britaniya hökumətindəki mənbələrə istinadən xəbər yayır.
Bu fikrin inkişafında iştirak edən məmurlar peyvənd pasportlarının Birləşmiş Krallıqda təsirli olmayacağına əmindirlər.
Qəzetin yazdığına görə, peyvənd edilməsi barədə sübut xarici səyahət üçün məqbul sayıla bilər. Bu, digər ölkələrin giriş üçün oxşar sertifikat tələb etməsi ilə izah olunur.
Tənqidçilər Britaniyada ictimai tədbirlərdə oxşar tələblərin effektivliyindən şübhə edirlər.