Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkə karantin rejimini daha 1 ay uzatdı

  • 2020.06.17 20:12
  • 3367 Baxış
Bu ölkə karantin rejimini daha 1 ay uzatdı


Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb.

Medicina.az xəbər verir ki, bu barədə Baş nazir Denis Şmıqal hökumətin iclasında məlumat verib.

D.Şmıqal bildirib ki, koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılmasından sonra ölkədə virusa yoluxanların sayı artıb. Son bir həftə ərzində Ukraynada 4853 nəfərdə yoluxma qeydə alınıb ki, bu da pandemiya zamanı ən yüksək göstəricidir.

Qeyd edək ki, Ukraynada karantinin müddəti iyunun 22-də başa çatırdı.