Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ölkə də “lokdaun”a keçdi

  • 2021.05.21 09:53
  • 1635 Baxış
Bu ölkə də “lokdaun”a keçdi
Argentina səlahiyyətliləri koronavirusla əlaqədar vəziyyətin pisləşməsi səbəbindən may ayının sonuna qədər ölkə daxilində “lokdaun” tətbiq ediblər.

Mediicna.az xəbər verir ki, bu barədə “Ambito” nəşri xəbər yayıb.

Sərt karantin çərçivəsində ölkə ərazisində 22-31 may tarixlərində bütün əyani təhsil, ictimai, dini və idman tədbirləri ləğv ediləcək, əksər ticarət qurumlarının işi məhdudlaşdırılacaq.

Müvafiq qərarın COVID-19-a yoluxma nisbətini azaldacağı gözlənilir.

Qeyd edək ki, Argentinada koronavirusa 3 447 044 yoluxma, 72 699 ölüm qeydə alınıb.