Pandemiyanın nə qədər davam edəcəyi və nə vaxt bitəcəyi barədə dəqiq bir söz demək mümkün deyil. Yazılanlar sadəcə, proqnozlardır.
Medicina.az xəbər verir ki, bunu ÜST rəsmi nümayəndəsi Hande Hamançı bildirib.
" Virusun yaranma səbəbləri də hələlik elmə bəlli deyil. Təxmini olaraq 1 il müddətinə bu virus gündəmdən çıxmayacaq. Tədricən, zamanla problem öz həllini tapa bilər. Bu, o demək deyil ki, 1 il boyunca evdən çıxmaq olmaz. Təbii ki, bu belə deyil. Narahat ollmayın".