Aterosklerozdan qoruyan mürəbbə açıqlanıb.
Medicina.az xəbər verir ki, moruq mürəbbəsi soyuqdəymədən başqa, ürək-damar sisteminə də yaxşı təsir edir.
Alimlər onun tərkibinin ateroskleroza qarşı təsirli olduğunu sübut edib.
Moruq qan damarlarının, kanallarının təmizlənməsi və möhkəmlənməsinə kömək edir.
Bu giləmeyvədə olan kalium və maqniy ürək üçün vacibdir.
Eləcə də K vitamini qan qatılaşmasına təsir edir.
Ona görə damarların atersklerozunun profilaktikası üçün həm moruq təzə, həm də mürəbbəsi əla variantdır. 40 yaşdan sonra hər kəsin masası üzərində olmalıdır.
Amma moruğu isti çayla için. Onu çörək və şirniyyatla yemək olmaz.
5 yaşa qədər uşaqlara moruq mürəbbəsi uyğun deyil.
Aygün Musayeva