Yüksək təzyiq riskini azaldan meyvələr içində birinci yeri kivi tutur.
"Medicina" xəbər verir ki, həkim Vasilisa Ponomaryova xüsusən kivinin qabığının faydalı olduğunu bildirib.
"Yüksək təzyiq qanın artriyalardan həddən artıq sürətlə keçməsi zamanı meydana çıxır, beyin və ürəyi yükləyir.
Hipertoniya ilə mübarizə üçün profilaktika məqsədilə rasionu dəyişmək lazımdır.
Kivi effektiv olaraq təzyiqi salır. Gündə 2 ədəd kivi yemək təzyiq xəstələri üçün məsləhətdir.
Amma kivinin meyvəsi ilə yanaşı qabığı da yeyilməlidir. Qabıqda çox sayda lif, fol turşusu, C vitamini var.
Məhz qabıq orqanizmdə qidalı maddələrin sovrulmasını 30% artırır.
Aygün Musayeva