Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu meyvələr şəkər xəstələrinə OLMAZ!

  • 2025.02.25 12:01
  • 351 Baxış
Bu meyvələr şəkər xəstələrinə  OLMAZ!

Diabet xəstələrinin uzaq durmalı olduğu yüksək glisemik indeksli 6 meyvə var.



Medicina.az xəbər verir ki, diabet, bədənin qan şəkərini tənzimləmə mexanizminin pozulduğu xroniki bir xəstəlikdir.

Qan şəkərinin səviyyəsinə nəzarət edilməməsi ciddi sağlamlıq problemlərinə və hətta orqan zədələnməsinə səbəb ola bilər.

Pəhriz həyati əhəmiyyət kəsb edir

Diabet xəstələrinin pəhrizi qan şəkərinin səviyyəsini tarazlaşdırmaqda böyük əhəmiyyət kəsb edir.

Bu nöqtədə meyvə yeməyə diqqətlə yanaşmaq lazımdır. Meyvələr sağlam liflər, vitaminlər və minerallarla zəngin olsa da, bəziləri yüksək şəkər tərkibinə görə diabet xəstələri üçün risk yarada bilər.

Xüsusilə qurudulmuş meyvələr tövsiyə edilmir.

Diabet xəstələrinin yeməməli və ya məhdud miqdarda yeməli olduğu bəzi meyvələr bunlardır:

Qurudulmuş meyvələr (əncir qurusu, kişmiş, xurma və s.): Təbii şəkər yüksək olduğu üçün qan şəkərini sürətlə artıra bilər.



QARPIZ

Qarpız yay meyvələrindən biridir. 72-80 yüksək GI-yə malikdir və yüksək şəkər tərkibinə görə ölçülü yeyilməlidir.



BANAN

Bananların GI, yetişməsindən asılı olaraq 42 ilə 62 arasında dəyişir. Yetişmiş bananların daha yüksək GI var, ona görə də daha az yetişmiş bananları seçin, onları yeyin.



ANANAS

Ananas şəkəri dərhal yüksəldən əhəmiyyətli miqdarda təbii şəkər tərkiblidir. Ona görə də normada yemək daha yaxşıdır.



MANQO

Ən məşhur meyvələrdən biri olan manqonun tərkibində yüksək saxaroza və fruktoza var, buna görə də şəkər xəstələri normadan artıq yeməməlodirlər.



ÜZÜM

Üzümün orta GI olsa da, diabet xəstələri onlardan uzaq durmalıdırlar. Kişmiş, sıx şəkər mənbəyi olan qurudulmuş üzümdür və ölçülü şəkildə yeyilməlidir.



ALBALI

Albalı da şəkəri yüksəkdən meyvələrdəndir.

Şəkərli diabetiniz varsa, pəhrizin bir hissəsi kimi meyvə yeyə bilərsiniz. Yalnız diabet xəstələri üçün hansı meyvələrin ən yaxşı və ən pis olduğunu bilməlisiniz.

Aygün
Medicina.az