Bəzi tip meyvə və şirələri aclıq hissini artırır.
“Medicina” xəbər verir ki, həkim – dyetoloq Tatyana Zaletovanın sözlərinə görə, ananas, şaftalı və ya tropik meyvələrin qarışığı kimi meyvələrdən hazırlanan şirələr ən təhlükəlidir.
"Yüksək glisemik indeks o deməkdir ki, içki insulinin ifrazını artırır, bununla da aclığın artmasına və çox yeməyə, həmçinin yağ toxumasının artıq əmələ gəlməsinə səbəb olur.
Sağlam qidalanma prinsiplərinə əməl edən insanlar qida rasionuna şirələri deyil, meyvələri daxil etməlidir, çünki onlar piylənməyə səbəb ola bilər.
Kommersiya məqsədilə istehsal edilən qutu şirələr, nektarlar xüsusilə zərərlidir, çünki tərkibində əlavə şəkər var.
Son illər Şərq mətbəxi çox populyardır. Suşi, balıq, dəniz yosunu bir çox faydalı minerallarla zəngin yeməklərdir. Lakin bu cür qidaların həddindən artıq qəbulu da zərər verə bilər”.
Günay Quluzadə