Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu meyvədən nə qədər istəyirsiniz yeyin - KÖKƏLMƏYƏCƏKSİNİZ

  • 2018.12.11 00:18
  • 14231 Baxış
Bu meyvədən nə qədər istəyirsiniz yeyin -  KÖKƏLMƏYƏCƏKSİNİZ
Payızda yetişən faydalı meyvələrdən biri də xurmadır. Xurma ağacı çox məhsuldardır və onu qışda torpaq yuxuda ikən əkmək daha yaxşıdır, çünki yaz fəsli gələndə ağac artıq yeni məkanda inkişaf etməyə başlayır. Meyvələri yetişəndə qırmızı və qonur qırmızı rəngdə olur.


Medicina.az xəbər verir ki, xurmanın təxminən 500 növü var və onun vətəni Çin hesab edilir. Ən çox Cənub-Qərbi Asiya, Yunanıstan, İspaniya, Türkiyə, Amerika və Avstraliyada yetişdirilir. XIX əsrin axırlarından etibarən məşhurlaşmağa başlayıb. Azərbaycanda da daha çox cənub bölgəsində, Göyçay, Ağdaş, Zaqatala rayonlarında Şərq xurması növü becərilir. Ondan başqa Qafqaz və Virgen xurması olmaqla daha iki növ yabanı xurmaya da rast gəlinir.


Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, üzvü turşular, yod birləşmələri və digər vitaminlər var. Ümumi zəiflik, qan azlığı, vitamin çatışmazlığı zamanı çox faydalıdır. Ürək-damar xəstəliklərinin müalicəsinə çox müsbət təsir göstərir. Tərkibində olan fosfor beynin tələbatını ödəyir. Mütəxəssislər onun acqarına yeyilməsini məsləhət görmürlər.


Xurmanın özü qədər qabığı və tumları da vitaminlərlə zəngindir. Təcrübə göstərir ki, onun meyvələri nə qədər yeyilsə də, kökəlməyə səbəb olmur. Hətta onun tumlarını qurudaraq üyüdəndən sonra kofe kimi dəmləyib içmək çox faydalıdır.