Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu meyvə qurusu ekzemadan xilas edir - Müalicə üsulu

  • 2024.04.23 10:10
  • 1454 Baxış
Bu meyvə qurusu ekzemadan xilas edir - Müalicə üsulu
Həm çiy, həm də qurudulmuş şəkildə istehlak edilən tutun bir çox faydası var. Mütəxəssislər bildirirlər ki, tut qurusu əl və ayaqlardakı ekzemaya yaxşı təsir edir.

Medicina.az xəbər verir ki, qurudulmuş ağ tut qara tutdan daha çox istehlak edilir. Ancaq hər iki növ sağlamlıq üçün yararlıdır.

Qurudulmuş tut bir çox insanın əziyyət çəkdiyi ekzema problemini tamamilə həll edə bilər. Ekzema dəridə quruluq, qaşınma və səpgilərə səbəb olur. Bu yoluxucu olmayan dəri probleminin səbəbi müxtəlifdir. Xüsusilə stress və allergik problemlər ekzemanın əsas səbəbləri hesab edilir.

Ekzema adətən dəri quruluğu, çatlama, qabarma və şişkinlik, qaşınma və pullu dəri töküntüsü kimi simptomlarla üzə çıxır. Bu isə fərdlərin gündəlik həyatını alt-üst edir, özü ilə çoxlu problemlər gətirir.

Əl və ayaqlarda ekzemanın qarşısını almaq üçün müxtəlif üsullar var. Lakin tut qurusu çox təbii və faydalı üsuldur. Bu üsulun tətbiqi də olduqca asandır.

Sizə yarım litr xlorsuz su və bir ovuc qurudulmuş ağ tut lazımdır. Əvvəlcə suyu qaynadın və içinə qurudulmuş tutları əlavə edin. 6 dəqiqə qaynadıqdan sonra ocağı söndürüb suyun ilıqlaşmasını gözləyin. Daha sonra əl və ayaqlarınızda ekzema olan hissəni həmin suda ən azı 10 dəqiqə saxlamalısınız. Bədəninizin birdən çox bölgəsində ekzema əlamətləri varsa, qurudulmuş tut suyunu pambıq vasitəsilə çəkə bilərsiniz. Təxminən 1 saatdan sonra durulanmaq olar.

Bu tətbiq həftədə üç dəfə olmaqla iki həftə ərzində təkrarlanmalıdır.

Qurudulmuş tut ekzemanın səbəb olduğu qaşıntı, qızartı və dəri soyulmasını azaldacaq.


Aysel