Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu meyvə artritin qarşısını ala bilər

  • 2022.09.15 18:18
  • 2205 Baxış
Bu meyvə artritin qarşısını ala bilər



Alimlər siçanlar üzərində apardıqları təcrübədə nar ekstraktının artirin başlamasını yubatmaq və iltihabi prosesi azaltmaq təsirini sübut ediblər.


"Medicina" xəbər verir ki, milyonlarla insanın əziyyət çəkdiyi artrit və osteartritin qarşısını bir meyvə ala bilər.

Artrit çox zaman əl, ayaq oynaqları, diz, bilək, budları zədələyir.


Həkim terapevt İrina Andreyeva bildirib ki, narda olan polifenol, flavanoid, antosian oynaq qığırdaqlarına müsbət təsir edir.
Peroral olaraq narın qəbulu iltihabının qarşısını alır, artriti gecikdirir.


Ona görə alimlər nar və nardan alınan birləşmələrlə zəngin preparatın degenerativ iltihabi proseslərin qarşısını ala biləcəyini deyir.


Osteartritin ümumi simptonları:

- Oynaqlarda şişkinlik, qızartı
- Həssaslıq, ağrı
- Hərəkət zamanı narahatlıq

Aygün Musayeva