Çuğundur, turp və kərəvizin tərkibində mikrodalğalı sobada qızdırıldıqdan sonra sinir sisteminin, böyrəklərin fəaliyyətini poza bilən, hamiləlik zamanı dölün zəhərlənməsinə, hətta ölümünə səbəb olan maddələr var. Düyü, makaron, kartof və fermentləşdirilmiş qidalar da yenidən qızdırılmamalıdır.
Publika.az xəbər verir ki, bu sözləri diyetoloq, Estetik Kosmetologiya Mərkəzinin əməkdaşı Yelena Solomatina Ura.ruya verdiyi müsahibəsində deyib.
“Kartof və badımcanın tərkibində olan solanin daha aktivləşir və qızdırıldıqda əslində zəhərə çevrilir. Çuğundur, kök, turp, kərəvizdə olan nitratlar qızdırıldıqda nitrozaminlərə çevrilir. Bu isə artıq kanserogendir. Fermentləşdirilmiş qidalar (məsələn, duzlu kələm, turş süd məhsulları, qatıq, ayran, pendirlər və ya bişmiş alma) mikrodalğalı sobada qızdırıldıqda faydalı bakteriyaları itirəcək və belə məhsulların heç bir faydası olmayacaq.
Çoxumuzun soyuducuda saxladığı düyü və makaron da sobada qızdırılmamalıdır. Bu məhsullarda patogen mikroflora yaxşı inkişaf edir, zəhərlənə bilərsiniz. Yağlı balıq da mikrodalğalı sobada qızdırıldıqdan sonra zəhərə çevrilir”, - həkim yekunlaşdırıb.