Proton Pompa İnhibitorlarının (PPİ) (məsələn, Omeprazol, Lansoprazol, Rabeprazol və s.) uzunmüddətli qəbulu Tip-2 şəkərli diabet olma riskini artırır.
Medicina.az xəbər verir ki, , endokrinoloq Fərhad Burzu bu barədə paylaşım edib.
Həkimin sözlərinə görə, İtaliyanın Milano-Bicocca Universitetində aparılan tədqiqatlara əsasən, PPİ-lərin uzun müddətli istifadəsi mədəqoruyucu effekti olsa da, digər yan təsir olaraq Tip 2 diabet riskini artırdığı bildirilmişdir. PPİ-ların tip 2 diabetlə əlaqəsini araşdırmaq üçün İtaliyanın Lombardiya şəhərində 2010-2015-ci illərdə təhlillər aparılmış, 770000 nəfər 40 yaş üzəri şəxslərin tibbi məlumatları araşdırılmışdır. Nəticələrə əsasən, 8 həftədən az müddətdə PPİ istifadə edənlərlə, 8 həftə ilə 6 ay zaman aralığında, 6 ay ilə 2 il və 2 ildən artıq istifadə edənlərdə müvafiq olaraq 19%, 43% və 56% Tip2 diabet olma riskinin artması qeyd edilmişdir. Artıq çəkili insanların nəzarətsiz PPİ istifadəsi onların daha çox tip 2 diabet olma ehtimalını artırır.
Bundan əlavə PPİ-lərdən uzun müddət istifadə mineral balansını pozur, osteoproza və spontan sınıqların baş verməsinə, xroniki böyrək xəstəliklərinin yaranmasına və mədə karsinomlarının inkişaf etməsinə səbəb ola bilir.
Həkim əlavə edib ki, bu səbəblərdən pasiyentlərin bu dərman preparatlarını həkim nəzarəti olmadan, uzun müddətli qəbul etməmələri tövsiyə olunur.