Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu maddə xərçəng yaradır - Meyvə və tərəvəzlərinizi sodalı su ilə yuyun!

  • 2021.04.09 15:57
  • 2568 Baxış
Bu maddə xərçəng yaradır -  Meyvə və tərəvəzlərinizi sodalı su ilə yuyun!
"Pestisit", meyvə və tərəvəzlərin təbiətdə zərər görmədən yetişməsi üçün istifadə edilən maddə və ya maddələrdən ibarət qarışıma deyilir.

Medicina.az xəbər verir ki, meyvə və tərəvəzlərin pestisitlərdən təmizlənərək yemək çox önəmlidir.

Bəs necə təmizlənməlidir?


Aparılan araşdırmalara görə, təbii məhsulların bəzilərində belə pestisit qalıqlarına rast gəlinir. Araşdırmada həmçinin qeyd edilir ki, pestisitlər doğum qüsurları, əsəb və xərçəng kimi xəstəliklərə səbəb ola bilər. Buna görə də meyvə və tərəvəzləri yeməzdən mütləq yumaq lazımdır.

Bunlardan isə ən təsirlisi karbonatlı yəni, sodalı sudur.

Aparılan araşdırmada, sodalı su ilə 12-15 dəqiqə yuyulan almalarda həm üzdəki, həm də qabığın altındakı pestisit qalıqlarına rast gəlinmir.