Ukraynada ötən həftə 3379 nəfər qızılca xəstəliyinə tutulub.
Medicina.az xəbər verir ki, bu barədə
Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, onlardan 1499-u böyük, 1880-i uşaqdır.
Ümumilikdə 2018-ci il dekabrın 28-dən 2019-cu il fevralın 1-dək 15 095 nəfər (6364-ü böyük, 8731uşaq) qızılca olub.
Qeyd edək ki, Azərbaycanda qızılcaya yoluxma halları ötən il dekabrın ortalarından, əsasən, böyüklər arasında qeydə alınmağa başlayıb.