Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu komandanın 3 futbolçusunda koronavirus aşkarlandı

  • 2020.10.04 12:54
  • 3093 Baxış
Bu komandanın 3 futbolçusunda koronavirus aşkarlandı

Avstriyanın "Zaltsburq" komandasının 3 futbolçusunda koronavirusa yoluxma halı qeydə alınıb.

Medicina.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, həmin oyunçuların İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra (3:1) COVID-19 testləri müsbət çıxıb. Adları açıqlanmayan futbolçular özlərini təcrid ediblər. Qalanları isə komanda şəklində karantinə riayət edirlər və yalnız evdən məşq bazasına gedib-gələ bilərlər. Klubda yoxlamaların tezliyinin artırılacağı da vurğulanıb.

Qeyd edək ki, "Makkabi" Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən biridir. Azərbaycan təmsilçisi qrupda ilk oyununu oktyabrın 22-də səfərdə məhz israillilərə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu komandalar Bakıda dekabrın 3-də üz-üzə gələcəklər.