“Yeni klinika”da ilk dəfə olaraq icbari tibbi sığorta daxilində aorta koranar şuntlama (AKŞ əməliyyatı) icra olunub.
"Medicina" xəbər verir ki, ilk dəfə olaraq bu klinikada 1952-ci il təvəllüdlü kişi xəstənin ürək damarlarında ciddi tıxanıqlıq (LMCA-80%,LAD-98%,RCA-100%,CXOM1-70%) müşahidə edilib.
Müayinədən dərhal sonra xəstənin əməliyyata alınmasına qərar verilib.
Açıq ürək əməliyyatına alınan xəstəyə ürək-damar cərrahları, uzman həkimlər Nicat Süleymanov və Nihad Süleymanzadə və komandası tərəfindən aorta koranar şuntlama əməliyyatı icra olunub.
Uğurla həyata keçirilən AKŞ əməliyyatından sonra xəstənin ürəyində olan problem aradan qaldırılıb.
Aygün Musayeva