Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu klinikada 35 min manatlıq əməliyyat pulsuz edildi

  • 2024.01.25 17:07
  • 1221 Baxış
Bu klinikada  35 min manatlıq əməliyyat  pulsuz edildi

Yeni Klinikada Azərbaycanda nadir icra olunan TAVİ (kateter vasitəsilə ürək qapağının protezləşdirilməsi) əməliyyatı icra edilib.


"Medicina" xəbər verir ki, bu prosedur icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk dəfə Yeni Klinikanın Ürək-damar Mərkəzinin komandası tərəfindən həyata keçirilib.

Yeni Klinikanın Ürək-damar Mərkəzinin rəhbəri tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov tərəfindən 74 yaşlı qadın xəstə üzərində icra edilən əməliyyat uğurla başa çatıb.

TAVİ döş qəfəsini açmadan, heç bir kəsik aparmadan və ürəyi dayandırmadan kəskin şəkildə daralmış aorta qapağının kateter köməyi ilə irəli çəkilən yeni bioloji qapaqla əvəz edilməsi prosedurudur. Bu əməliyyat yaşla bağlı olaraq aorta qapağının kirəcləməsi nəticəsində kritik aorta stenozu olan, yəni klapanda daralma baş verən yaşlı xəstələrdə tətbiq edilir.

Dəyəri 35-40 min AZN arasında dəyişən TAVİ əməliyyatı Yeni Klinikada icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tam ödənişsiz icra edilir.