Almaniyada koronavirusa qarşı yeni tədbirlər görünməsi planlaşdırılır.
Medicina.az saytı xarici KİV-ə istinadən bildirir ki, bəzi peşə saibləri üçün peyvənd məcburi olacaq.
Belə ki, yeni qurulacaq hökumət müəyyən peşə qruplarına peyvənd öhdəliyi qoymaq istəyir. İlk olaraq, yataqxana, qocalar evi və uşaq bağçalarında çalışanların peyvənd olunması məcburi olacaq. Ölkənin 35 aparıcı alimi federal hökumətdən əyalətlərdəki koronavirus siyasətini dəyişməyi xahiş edib. Bundan əlavə, alimlər dördüncü dalğanın qarşısını almaq üçün sərt tədbirlərin tətbiq edilməsini təklif edib.
Almaniyada son 24 saat ərzində 23 607 yeni yoluxma halı qeydə alınıb. Son bir həftədə əhalinin hər 100 min nəfərinə düşən xəstələrin sayı 303-ə yüksəlib. Koronavirusdan ölənlərin sayı isə 97 715-ə yüksəlib.