Yod setkası yuxarı tənəffüs yolları iltihabları (angina, bronxit, laringit və s.), əzələ, bağlar, yumşaq toxumalarının iltihabları və travmaları (miozit, bağların dartınması, hematoma və s.) zamanı çox geniş istifadə olunur.
Lakin bəzi insanlar üçün bu vasitədən istifadə ziyanlı ola bilər.
Medicina.az saglamolun.az-a istinadən sizə bu haqda məlumatı təqdim edir:
1. Pediatrlar kiçik yaşlı uşaqlara (5 yaşa) yod setkasından istifadə etməyi tövsiyə etmirlər. Yod molekulları uşağın dərisindən qana asanlıqla keçir və bu da uşağın orqanizmində yodun səviyyəsinin artmasına səbəb olur. Bu isə qalxanvari vəzinin fəaliyyətinə mənfi təsir edə bilər.
2. Hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə müşayiət olunan xəstəlik) zamanı yod setkalarından istifadə etmək qəti şəkildə olmaz. Həmçinin yodla müalicə alan, yod preparatlarını qəbul edən insanlar da bu vasitənin istifadəsindən imtina etməlidir.
3. İnsanda yoda olan allergiya varsa, bu müalicə üsulu ona ziyan vura bilər. Əgər yod setkasından ilk dəfə istifadə olunursa, mütləq test etmək lazımdır. Dərinin kiçik hissəsinə yod çəkin və yarım saatdan sonra dərinin vəziyyətinə baxın - səpgi, qızartı və s. varsa, bu vasitədən istifadə etməyin.
4. Yüksək hərarət zamanı yod setkasından istifadə etmək olmaz.
5. Hamilə qadınlara da bu vasitədən istifadə etmək tövsiyə edilmir.
Nəzərinizə çatdıraq ki, hətta sizdə yuxarıda sadaladığımız ək-göstərişlər yoxdursa, yod setkasından həftədə 2-3 dəfədən artıq istifadə etmək olmaz.