"Xəstəxanalar dolub, evlərdə xəstə sayı çoxdur. Hər birimizin dost-tanışı virusa yoluxub”.
Medicina.az xəbər verir ki, bunu
infeksionist Vüqar Cavadzadə deyib.
O bildirib ki, insanlar saxta yolla Covid pasportu alırlar, sonra da xəstələnəndə müəyyən qurumları günahlandırırlar:
"Hamı şikayət edir ki, təcili yardım gəlmir, deyirlər, xəstəxanada yer yoxdur. Vaxtında məhdudiyyətlər ona görə tətbiq edilirdi ki, bu gün bu rəqəmləri görməyək. Pul verib saxta Covid pasportu almaq, pul verib ölüm almağa bərabərdir. Deməli, bəzi insanlar saxta Covid pasportu almaqla, öz ölümlərində pul ilə alırlar”.