Xərçəngin bir çox növləri qəddar infeksiyaların nəticəsidir. Şiş hüceyrələrini oyadan bu infeksiyalar içərisində elələri var ki, vaxtında üzə çıxır, özünü göstərir, eləsi var, vaksinasiya ilə müdafiə olunmaq olur, eləsi də var gizli inkişaf edir, xəstəni arxayın edir, ilk baxışdan təhlükəsiz görünür, əslində, gələcəkdə xəstəni xərçəng ilə üz-üzə qoyacaq.
Medicina.az insan üçün xərçəng qədər təhlükəli olan infeksiyalar və müalicə yollarını təqdim edir:
1.Papilomma virusu
Cinsi yolla yayılan bir nömrəli infeksiyadır. İnsan papilomma virusunun 130 tipi var. Bəzi tiplər papillom ziyil, ət xal törədir, bəzi tipləri isə kanserogen potensiala malikdir və uşaqlıq boynu xərçəngini törədir.
İnsan üçün ən təhlükəli tip 16-18 hesab olunur.
İnfeksiyaya yoluxma 25-45 yaş arası olur. 40 yaşdan sonra qadınlarda uşaqlıq boynu xərçəngi fakları artıq qeydə alınır. Əgər vaxtında aşkarlanmsa, şiş yayılır və müaicəsi çətinləşir.
Nə etməli?
Hazırda papilomma virusu əleyhinə dərman yoxdur. Ona görə əsas diqqət profilaktikaya yönəldilir. Qız uşaqları papilomma virusuna qarşı peyvənd olunmalıdır. Bu peyvənd ilk cinsi əlaqəyə kimi olunmalıdır. Bütün dünyada, inkişaf etmiş ölkələrdə bu peyvənd olunur, çox ölkələrdə məcburi peyvənd cədvəlinə daxil edilib. Azərbaycanda da bir çox özəl klinikalarda bu peyvəndi etdirmək olar. Profilaktika məqsədilə gənc və orta yaşlı qadın da əgər hələ papilomma virusu yoxdursa, müayinə cavabarı təmizdirsə, bu peyvəndi özünü sığortalamaq üçün etdirə bilər.
Qadınlar periodik olaraq sitoloji müayinələrdən keçməli, PAP test verməli, əgər uşaqlıq boynunda cüzi dəyişiklik varsa, həmin zədələnmiş nahiyə kəsilməlidir.
2.B və C virus hepatitləri
Bu viruslar da cinsi yolla, həmçinin gigiyena qaydalarına əməl etməyən, infeksiyalı insanın qanı ilə təmasdan keçir. Dişini müalicə etdirənlər, salonlarda pedikur, manikur, pirsinq, tatu etdilənlər, müxtəlif inyeksiyalı kosmetoloji prosedurlardan keçənlər asanlıqla bu virusa yoluxur.
Hepatit çox gizli inkişaf edir, xəstə aşkar etdikdə artıq xroniki formaya keçmiş olur. Düzgün müalicə olunmadıqda qaraciyər sirroqu və xərçənginə gətirib çıxarır.
Nə etməli?
Maksimum qorunmalı, sterilliyi tələb etməli, dostuna belə güvənməməli, şəxsi manikur alətləri almalı, ildə 1 dəfə yoxlanmalı.
Hazırda hepatit B -ə qarşı peyvənd var. Hepatit C üçün hələ ki, vaksin yoxdur, amma bu növün tam müalicəsi mümkündür. Əgər uşaqlıqda, körpə ikən Hepatit B -ə qarşı peyvənd olunmamısınızsa, indi peyvənd oluna bilərsiz.
3.Epşteyn – Barr virusu
Herpes virusları qrupuna aiddir. İnfeksion mononukleozların inkişafına səbəb olur. Bu virus özünü qrip kimi aparır. Çox insanlarda aşkarlanır. Qripdə olduğu kimi bu virusla yoluxduqda da titrətmə, qızdırma, halsızlıq, boğazda ağrı olur və ən əsası limfa düyünlərində iltihab baş verir. Belə bir məlumat var ki, bu virus xroniki yorğunluq sindromu olan insanlarda çox rast gəlinir.
Bu virus hüceyrələrin çoxalıb bölünməsini stimulə edir. Ona görə də orqanizmdə bu virus olduqda şiş hüceyrələrinin də bölünməsinə, artmasına səbəb olur. Daha çox qan xərçəngi və burun, udlaq xərçəngini aktivləşdirir.
Nə etməli?
İlk növbədə immuniteti möhkəmləndirməli, virus infeksiyalarına, qripə yoluxduqda, ağırlaşmalara yol verməməli, Eşpteyn Barr virusu antiteli analizini verməli, virus aşkar olunubsa vaxtında müasir müalicə olunmaq lazımdır.
4. Helicobacteri pylori
Mədədə yaşayan bu virus 12 barmaq bağırsağa da keçir. 75% hallarda mədə və nazik bağırsaq xərçənginin törədicisi helikobakteridir. Hardan yoluxurlar: qidadan, hava-damcı yolu ilə, gigiyena vasitələrindən, qab-qacaqdan. Bu virus da gizli başlayır, simptomları azdır. Digər mədə xəstəlikləri ilə səhv salınır. Adi bir mədədə yanma da helikobakterinin olmasına işarə oluna bilər. Virus mədə divarini getdikcə yeyir, yaralayır və son nəticə olaraq xərçəng yaradır.
Nə etməli?
Mədədə problem varsa, təkcə terapevtə getməklə kifayətlənməyib, qanda və ya nəfəs testi ilə helikobakteri virusunu da yoxlat. Əgər bakteriya varsa, müasir antibiotik müalicəsinə başla.
5.Helmintlər
Bir çox parazit və qurdlar da bağırsaq, öd, qaraciyərin bədxassəli törəmələrinə səbəb olur. Məsələn, çiy və yaxşı bişməmiş balıqdan keçən qurdların yaratdığı Opistorxoz adlı xəstəlik nadir diaqnoz olunur, çətin tapılır, amma xərçəngə səbəb olan xəstəlikdir.
Nə etməli?
Çiy balıqdan hazırlanan Asiya mətbəxi ilə ehtiyatlı olmalı, yaxşı bişirilməyindən arxayın olmadığınız balıqları yeməməli. Aldığınız balıqların mənşəyini bilməli, bişirmə qaydalarına ciddi riayət etməli.
Bu virusların orqanizmdə olub-olmamasını bilmək, eləcə də hepatit, herpes, papilloma virusu, helikobakteri, Epşteyn – Barr viruslarını orqanizmdə aşkar etmək, həmçinin orqanlara təsirini təyin etmək, immuniteti möhkəmləndirmək və virusları orqanizmdən təmizləmək üçün Bakıda Bioloji Təbabət klinikasına müraciət edə bilərsiz. Alman metodikası ilə biotənzimləyici terapiya sizi bir çox virus və infeksiyalardan xilas edəcək
3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında;
Ətraflı məlumat üçün: (+994 12) 430 89 89; (+994 50) / (+994 55) / (+994 70) 430 89 89;