Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu incə simptom qaraciyərdən ola bilər

  • 2025.02.21 17:33
  • 197 Baxış
Bu incə simptom qaraciyərdən     ola bilər

Qaraciyər problemlərinin daha bir ağlagəlməz əlaməti aşkar edilib.


“Medicina” xəbər verir ki, qastroenteroloq və hepatoloq Natalya Vasilyeva dəri qaşınmasının qaraciyər problemlərindən ola bildiyini deyib.


“Qaraciyər xolestazı zamanı qaşınma baş verə bilər. Bu zaman öd turşuları dəridə çökə bilər ki, bu da qaşınmaya səbəb olur. Qaraciyər xolestazı ilə bu simptom adətən gecə və su prosedurları zamanı güclənir.


Həkim əlavə edib ki, qaşınma qaraciyərin maddələr mübadiləsi funksiyası pozulduqda artıq mis və dəmir səbəbindən də yarana bilər.

Bundan əlavə, autoimmun qaraciyər xəstəliklərinin bütün qrupu davamlı və dözülməz dəri qaşınması ilə xarakterizə olunur. Bunlara hepatit, birincili öd xolengit və digər xəstəliklər daxildir”.


Aygün Musayeva