Vaksinasiya, testləşdirmə və xəstəliyin yeni yayılma hallarını dəf etməyə hazırolma məsələlərində bərabərsizliyin öhdəsindən gəlindiyi təqdirdə bəşəriyyət ilin sonuna qədər pandemiyaya qalib gələ bilər. Bu barədə BMT-nin Baş katibi BMT-nin Baş Assambleyasının 77-ci sessiyasında COVID-19-la mübarizəyə həsr olunan yüksək səviyyəli tədbirdə çıxış edərək bildirib.
Medicina.az xəbər verir ki, baş katib Antonio Quterreş Baş Assambleyanın pandemiya dövründə keçirilən artıq üçüncü sessiya oldu]unu xatırladıb. O qeyd edib ki, COVID-19-un yayılması dünyada çoxlu sayda problem yaradıb, milyonlarla insanın həyatını ağırlaşdırıb. Quterreşin sözlərinə görə tibb işçilərinin qəhrəman səylərinə baxmayaraq, dünya pandemiyanın dağıdıcı nəticələrinə tamamilə hazır deyildi. “Bəlalın heç kimdən yan keçməməsinə baxmayaraq, aşağı və orta gəlirli ölkələr daha çox ziyana uğrayıb”, – deyə BMT rəhbəri əlavə edib.
Eyni zamanda, Baş katib vurğulayıb ki, bəzi nailiyyətlər “güc artıran” ümid verirlər. Onların arasında – əhalinin, o cümlədən xəstəliyə ən həssas qrupların peyvənd göstəricilərinin artması. Yalnız əsasən humanitar böhran yaşayan on ölkədə hazırda peyvəndlə əhatə on faizdən azdır. Orta hesabla, ölkələrdə tibb işçilərinin və yaşlıların təxminən 75 faizinin peyvənd olunmasına nail olunub.
Bundan başqa, testləşdirmə və vaksinasiya ilə birlikdə bu infeksiya qarşısında ən həssas olan əhali qrupları arasında COVID-19-dan ölüm göstəricilərini azaltmağa kömək edən effektiv antivirus preparatlar hazırlanıb. "Lakin bu vəsaitlərin hamı üçün əlçatan olmasını təmin etmək lazımdır", - deyə BMT rəhbəri vurğulayıb.
“Əldə edilən uğur göstərir ki, virus müalicə oluna bilər, biz insanların həyatını xilas edə bilərik. Biz hətta yüksək risk qrupları arasında belə infeksiyanı nəzarət altına ala bilərik”, - deyə o, əlavə edib.
Eyni zamanda, BMT-nin Baş katibi xəbərdarlıq edib ki, virus üzərində tam qələbəyə nail olmaq üçün bir neçə problemin öhdəsindən gəlmək lazımdır.
Birincisi, peyvəndlərin buster dozaları ilə təmin edilməsi sahəsində. Məsələn, yoxsul ölkələrdə tibb işçilərinin yalnız üçdə birindən bir qədər çoxu əlavə vaksinlər alıb.
İkincisi - göstəriciləri bütün dünyada azalan testləşdirmə. Bu yeni ştamların yaranmasına yol açır və mövcud müalicələrin effektivliyini təhlükə altına qoyur.
Üçüncüsü - mümkün yeni təhlükələrin dəf edilməsinə hazırlaşmaq lazımdır – bunun üçün erkən xəbərdarlıq sistemlərinə sərmayə qoymaq, yerlərdə müalicə və diaqnostika vasitələrinin istehsal edilməsi üzrə imkanları genişləndirmək və tibb işçilərinə qayğı göstərmək lazımdır. "Biz bir daha heç vaxt böhran qarşısında hazırlıqsız olmamalıyıq", - deyə BMT rəhbəri vurğulayıb. O, görüş iştirakçılarını lazımi işi başa çatdırmağa və COVID-19-u məğlub etməyə çağırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus təsdiqləyib ki, pandemiyaya son qoymaq şansları heç vaxt indiki qədər yüksək olmayıb. O da bərabərsizliyi xatırladıb və vaksinasiya göstəricilərində, müalicə üçün preparatlarla təminatda və gələcək fəlakətlərə hazırlıq səviyyəsində mövcud fərqi aradan qaldırmağa çağırıb.
Aygün Musayeva